AFFA KLUBLARI CƏRİMƏLƏDİ

AFFA KLUBLARI CƏRİMƏLƏDİ
Futbol
24 May 2016 - 15:14
AFFA İntizam Komitəsi bir sıra qərarlar verib.

20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Premyer Liqanın XXXVI turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXXVI turunun “Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 75 və 85-ci dəqiqələrində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXVI turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52). Oyunun 78-ci dəqiqəsində “Rəvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXVI turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur(maddə 62).

Digər xəbərlər