VƏLİ QASIMOV FİNALA HAZIRLIQDAN DANIŞACAQ

VƏLİ QASIMOV FİNALA HAZIRLIQDAN DANIŞACAQ
Futbol
23 May 2016 - 21:38
Azərbaycan Kubokunun final oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçından bir gün əvvəl, paytaxt klubunun baş məşqçisi Vəli Qasımovun iştirakı ilə brifinq keçiriləcək.

"Neftçi" PFK-nın İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq tədbir saat 17:45-də başlayacaq. Brifinqdən sonra isə komandanın oyunöncəsi son məşqi keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Digər xəbərlər