AFFA-NIN FANŞOPU AÇILDI

AFFA-NIN FANŞOPU AÇILDI
Futbol
23 May 2016 - 17:01
"Port Baku"nun 3-cü mərtəbəsində AFFA-nın rəsmi fanşopu açılıb.

Supersport.Az-ın məlumatına görə, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə biləcəklər.

Açılışda yığmanın üzvlərindən Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, fanatlara imza paylayıblar.

Digər xəbərlər