"QARABAĞ"IN ÜZVÜ İSPANİYAYA QARŞI OYNAYACAQ

"QARABAĞ"IN ÜZVÜ İSPANİYAYA QARŞI OYNAYACAQ
Futbol
23 May 2016 - 00:49
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın daha bir oyunçusu ölkəsinin milli komandasına dəvət alıb.

Dördqat Azərbaycan çempionun qolkiperi İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına çağırılıb.

28 yaşlı qapıçı 32 nəfərlik heyətdə olacaq.

Mayın 29-da İsveçrədə Bosniya Avropa çempionatının final mərhələsinin iştirakçısı İspaniya ilə yoldaşlıq oyunu keçirəcək. Bunun ardından Şehiçin çıxış etdiyi yığma komanda Yaponiyada keçiriləcək Kirin Kubokuna qatılacaq.

Digər xəbərlər