"İNTER" 5 FUTBOLÇUYLA MÜQAVİLƏNİ YENİLƏDİ

"İNTER" 5 FUTBOLÇUYLA MÜQAVİLƏNİ YENİLƏDİ
Futbol
22 May 2016 - 19:15
Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter" klubu istirahətə buraxılıb.

Komanda iyunun 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq. Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunub. Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. Digər futbolçularla danışıqlar gedir.

Digər xəbərlər