İLK GÜN 7 MEDAL

İLK GÜN 7 MEDAL
Digər
22 May 2016 - 02:49
Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, Azərbaycan idmançıları mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. Rövşən Əliyev (-50kq), Vüsal İbrahimov (-55 kq) və Şəfəq Həmidova (-44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar. Raxşan Baxşəliyev (-50kq), Əhməd Yusifov (-55kq), Paşa Əliyev (-66kq) və Şəhanə Hacıyeva (-44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər. Beləliklə, Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.

Digər xəbərlər