"ŞAXTYOR"A 22 KUBOK QAZANDIRAN MİRÇA LUÇESKU AYRILDI

"ŞAXTYOR"A 22 KUBOK QAZANDIRAN MİRÇA LUÇESKU AYRILDI
Futbol
22 May 2016 - 01:48
Supersport.Az-ın məlumatına görə, "Şaxtyor"un baş məşqçisi Mirça Luçesku vəzifəsindən gedib.

Rumın mütəxəssis Donetsk klubu "Zarya" Luqansk komandasını 2:0 hesabı ilə məğlub edərək, Ukrayna Kubokunu qazanıb.

"Şaxtyor"un verdiyi açıqlamada müqaviləsi başa çatan 70 yaşlı Luçeskuya xidmətlərinə görə təşəkkür edib.

Türkiyədə "Qalatasaray" və "Beşiktaş" ilə çempion olduqdan sonra 2004-dən bəri bu məşqçi "Şaxtyor"u 573 oyuna çıxarıb.

Təcrübəli mütəxəssis, Donetsk klubunda çalışdığı 12 ildə 22 zəfər qazandırıb: 8 dəfə çempionluq,  6 dəfə ölkə kuboku, 7 dəfə Ukrayna Superkuboku və bir UEFA Kuboku.

Digər xəbərlər