SNAYPERÇİLƏRİMİZ DÜNYA KUBOKUNDA İŞTİRAK EDƏCƏK

SNAYPERÇİLƏRİMİZ DÜNYA KUBOKUNDA İŞTİRAK EDƏCƏK
Digər, Snayper
22 May 2016 - 00:46


 Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək. Supersport.Az saytının məlumatına görə, 6 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Münhenə Rio üçün “wild card” arzusunda olan Ruslan Lunyov, həmçinin yığmamızın gənc snayperi Xəyalə Hüseynli yollanıb. Təmsilçilərimiz 3 məsafədə hədəf önünə keçəcəklər. Lunyov 25 m və 10 m, Hüseynli yalnız 10 m məsafədə dəqiqliyini yoxlayacaq.

 

Qeyd edək ki, Dünya Kubokuna ümumilikdə 88 ölkədən 738 idmançı qatılacaq.

Digər xəbərlər