FİNALA 25 MİN BİLET

FİNALA 25 MİN BİLET
Futbol
20 May 2016 - 16:49
Mayın 25-də Azərbaycan Kubokunun final matçı ilə Azərbaycanda 2015/2016-cı illər mövsümü başa çatacaq. "Qarabağ" və "Neftçi" komandaları həlledici oyunda qarşılaşacaq.

Bu gün final görüşünə 25 min biletin satışına başlanılıb. Qiymət 1, 3 və 5 manat arasında dəyişir. Yalnız VİP zonasının biletləri 50 manatdır.

Diqqət çəkən məqamlardan biri stadionda azarkeşlərin iki müxtəlif qütblərdə yerləşdirilməsi olacaq: 1-13-cü sektorlar "Qarabağ" azarkeşləri, 16-28-ci sektorlar isə "Neftçi" pərəstişkarları üçün nəzərdə tutulub.

Qeyd edək ki, ölkə kuboku finalının start fiti mayın 25-i saat 20-də Tofiq Bəhramov adına respublika stadionunda səslənəcək.

 

Digər xəbərlər