UEFA-NIN YENİ PREZİDENTİNİN SEÇİLƏCƏYİ TARİX MÜƏYYƏNLƏŞDİ

UEFA-NIN YENİ PREZİDENTİNİN SEÇİLƏCƏYİ TARİX MÜƏYYƏNLƏŞDİ
Futbol
20 May 2016 - 16:12
Supersport.Az-ın məlumatına görə, bu haqda Avropa Futbol İttifaqı İcraiyyə Komitəsinin Bazeldəki iclasında qərar qəbul olunub.

Mişel Platinini əvəz edəcək şəxs sentyabrın 14-də Afinada UEFA-nın növbədənkənar konqresində seçiləcək.

Avropa futbol qurumunun prezidentliyinə iki namizəd var.

Daha əvvəl Niderland Futbol Assosiasiyasının rəhbəri Mixael van Praaq UEFA prezidenti olmaq istəyini bildirib.

Digər namizəd Sloveniya Futbol Federasiyasına başçılıq edən Aleksandr Çeferindir.

Xatırladaq ki, UEFA prezidenti Mişel Platini maliyyə qalmaqalı ilə bağlı 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmışdı. Daha sonra isə bu müddət 4 il azaldılıb.

Digər xəbərlər