"BEŞİKTAŞ"IN ÇEMPİONLUQ MÜKAFATI AÇIQLANDI

"BEŞİKTAŞ"IN ÇEMPİONLUQ MÜKAFATI AÇIQLANDI
Futbol
20 May 2016 - 15:37
Supersport.Az-ın məlumatına görə, "Beşiktaş" çempionluq kubokuna qovuşub.

Superliqa qalibini Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən mükafatlandırıb.

Komandaya medalları isə TFF-nin vitse-prezidenti Hüsnü Güreli və İdarə Heyətinin üzvü Cengiz Zülfikaroğlu təqdim edib.

Mərasimdə "Beşiktaş"ın keçmiş prezidenti Yıldırım Demirörenin adının anons edilməməsi diqqət çəkib.

Mükafatlandırmada klub rəhbəri Fikrət Orman da olub. Futbolçular kubokla tribunları gəzərək, azarkeşlərlə çempionluğu qeyd ediblər.

Fanatlar Joze Sosa, Oğuzhan Özyakup, Rikardo Kuareşma, Atiba Hutçinson və Mario Qomesi daha çox alqışlayıblar.

"Beşiktaş"ın hər bir futbolçusu çempionluq müqabilində 100 min avro mükafat alacaq. Bu haqda klub idarəçisi Mətin Albayrak məlumat verib.

 

Digər xəbərlər