"QARABAĞ" - "NEFTÇİ" FİNALINA ONLAYN BİLET SATIŞI

"QARABAĞ" - "NEFTÇİ" FİNALINA ONLAYN BİLET SATIŞI
Futbol
20 May 2016 - 00:24
"Neftçi” PFK azarkeşləri üçün Azərbaycan Kubokunun final oyununa onlayn sifarişlə bilet əldə etmək imkanı yaradır. Qiymətləri 1, 3 və 5 AZN olan biletlər "onlayn-fanşop”umuzda mövcuddur. Satışda 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 və 27-ci sektorların yuxarı hissəsindən 3 sıraya biletlər var. Biletləri əldə etmək üçün "onlayn-fanşop” bölməsinə daxil olaraq, uyğun olan bileti seçdikdən sonra Visa və ya Mastercard kartları ilə sifariş verirsiniz. Sifarişin qəbul olunmasından sonra 12 saat ərzində qeyd etdiyiniz əlaqə nömrəsinə 6 simvollu şifrə göndəriləcək. Siz oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassasına yaxınlaşaraq, mobil telefonunuza göndərilmiş şifrəli mesajı satıcıya təqdim etməklə bileti alacaqsız. Biletləri mayın 23-dən 25-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək mümkün olacaq. "Onlayn-fanşop”dan 1 azarkeş maksimum 3 bilet ala bilər.

Qeyd edək ki, tezliklə biletlərin birbaşa kassadan satışı da həyata keçiriləcək.

Əlavə olaraq, azarkeşlərdən xahiş olunur ki, final matçına komandanın dogma rəngləri olan ağ-qara rəngli geyimlərdə gəlsinlər.

Onlayn-fanşopa daxil olmaq üçün aşağıdakı ünvana keçid edin:

http://neftchipfk.com/az/myneftchi/fanshop/

Digər xəbərlər