RONALDO "BEŞİKTAŞ"IN ÇEMPİONLUĞUNA SEVİNDİ

RONALDO "BEŞİKTAŞ"IN ÇEMPİONLUĞUNA SEVİNDİ
Futbol
19 May 2016 - 21:58
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in ulduzu Kriştiano Ronaldo Türkiyə çempionunu təbrik edib.

Bu haqda "Beşiktaş"ın portuqaliyalı futbolcusu Rikardo Kuareşma məlumat verib.

Kuareşma Ronaldo ilə dost olduğunu söyləyib:

"Kriştiano Ronaldo ilə uzun müddətdir dostuq, çox yaxşı münasibətlərimiz var. O çempion olanda mən necə təbrik etdimsə, o da mənim komandam birinci yeri tutanda zəng edərək xoş sözlər dedi, Çempionlar Liqasında uğurlar arzuladı. "Beşiktaş"ı və məni çox izləyir".

Digər xəbərlər