AVROPA ÇEMPİONATINDA 17 İDMANÇI İLƏ

AVROPA ÇEMPİONATINDA 17 İDMANÇI İLƏ
Digər, Taekvondo
19 May 2016 - 16:59
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Avropa çempionatında iştirak etmək üçün İsveçrəyə yollanıb.

Supersport.Az xəbər verir ki, komandamız Avropa Taekvondo Birliyi tərəfindən mayın 19-dan 22-dək İsveçrənin Montrö şəhərində təşkil ediləcək qitə çempionatına tam heyətlə qatılacaq. Qitənin 48 ölkəsindən 387 taekvondoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunacaq.

Millinin heyətində dünya, Avropa çempionatlarının və birinci Avropa Oyunlarının qalibi, dünya kubokunun sahibləri, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (87 kiloqramdan yuxarı), habelə Milad Beigi Hərçəqani (80 kq), Ayxan Tağızadə (68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi 63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi 74 kq), Məcid Sofiyev, İlham Əliyev (hər iksi 54 kq), Məmmədalı Quliyev (58 kq), Ramin Əzizov (80 kq) və Payam Qubadi Oğaz da (87 kq) yer alıblar.

Qadınlardan isə “Rio-2016” Olimpiadasında 67 kiloqramdan aşağı çəki dərəcəsində ölkəmizi təmsil edəcək Fəridə Əzizova, Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), İlayda Kardelen Çiftçi (46 kq) və Yaprak Eriş (62 kq) dörd gün davam edəcək mötəbər yarışda çempionluq titulu uğrunda mübarizə aparacaqlar.

Millimiz çempionata baş məşqçi Reza Mehmandoust, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və Hye Younq Çoinin rəhbərliyi ilə qatılacaq.

Bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, federasiyanın baş hakimi Elşən Quliyev təmsil edəcək.

ATF-nin vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz mayın 23-də Vətənə qayıdacaq.

Yarışın ilk günündə - mayın 19-da Məcid Sofiyev, İlham Əliyev (hər iksi 54 kq), Məmmədalı Quliyev (58 kq) və İlayda Kardelen Çiftçi (46 kq) mübarizəyə qoşulacaqlar.TAEK2

Digər xəbərlər