HARİ KEYN "QIZIL BUTS" MÜKAFATI ALDI

HARİ KEYN "QIZIL BUTS" MÜKAFATI ALDI
Futbol
18 May 2016 - 20:17
İngiltərə Premyer Liqasında 2015/2016-cı il mövsümünün ən məhsuldar futbolçusu“Tottenhem”in forvardı Hari Keyn olub.

Supersport.Az xəbər verir ki, bu mövsüm 25 qol vuran gənc hücumçu "Qızıl buts" mükafatına layiq görülüb. İngiltərə milli komandasının üzvünə mükafat təqdim olunub. 23 yaşlı futbolçu ən yaxın izləyiciləri "Mançester Siti"dən Serxio Aquero (24 qol), "Lester"dən Ceymi Vardini (24 qol) qabaqlayıb.

 

Digər xəbərlər