TÜRKİYƏNİN ÜÇ FUTBOLÇUSU İNGİLTƏRƏYƏ QARŞI OYNAMAYACAQ

TÜRKİYƏNİN ÜÇ FUTBOLÇUSU İNGİLTƏRƏYƏ QARŞI OYNAMAYACAQ
Futbol
18 May 2016 - 00:15
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının final mərhələsi ərəfəsində İngiltərə yığması ilə yoldaşlıq oyunu keçirəcək Türkiyə seçmə komandası oyuna üç aparıcı futbolçusuz çıxacaq.

Mayın 22-də baş tutacaq qarşılaşmada Arda Turan, Burak Yılmaz və Nuri Şahin iştirak etməyəcək.

Arda həmin gün "Barselona"nın "Sevilya" ilə keçirəcəyi Kral Kubokunun finalında, 21-də Nuri Şahin Almaniya Kubokunun finalı - "Borussiya" Dortmund - "Bayren" Münxen görüşündə, Burak da Çin Liqasında mübarizə aparacaq.

Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin üç futbolçunun əvəzinə kimləri milli komandaya dəvət edəcəyi maraqla gözlənilir.

Digər xəbərlər