NAXÇIVANDA 4 KLUBUN İŞTİRAKI İLƏ TURNİR

NAXÇIVANDA 4 KLUBUN İŞTİRAKI İLƏ TURNİR
Futbol
17 May 2016 - 23:21


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq futbol üzrə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "HEYDƏR ƏLİYEV KUBOKU" turniri keçiriləcək.

Supersport.Az saytının məlumatına görə, mayın ayının 25-27-si tarixi aralığında keçiriləcək turnirdə "Araz-Naxçıvan", "Neftçala", MOİK və "Şərurspor" komandaları iştirak edəcək.

Oyunlar Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.

Digər xəbərlər