AVROPA LİQASININ QALİBİNƏ 6.5 MİLYON

AVROPA LİQASININ QALİBİNƏ 6.5 MİLYON
Futbol
18 May 2016 - 00:01
Supersport.Az-ın məlumatına görə, bu gün UEFA Avropa Liqasının qalibi məlum olacaq.

Finalda "Liverpul" və "Sevilya" komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtıilə saat 22:45-də başlanacaq. Avroliqanın çempionu kubokla birlikdə 6.5 milyon, həlledici görüşdə məğlub olan klubsa 3.5 milyon avroya sahib çıxacaq.

Bu iki komanda finala qədər 10 milyon qazanıb.

"Liverpul" kuboka yiyələnsə, bu yarışda ümumilikdə 16 milyon gəlir əldə edəcək.

Avropa Liqasına Çempionlar Liqasından qatılan "Sevilya" isə 12 milyon qazanacaq.

Digər xəbərlər