"BEŞİKTAŞ"DAN DODAQ UÇUQLADAN QAZANC

"BEŞİKTAŞ"DAN DODAQ UÇUQLADAN QAZANC
Futbol
17 May 2016 - 21:42
Supersport.Az-ın məlumatına görə, Türkiyə çempionu "Beşiktaş" böyük məbləğdə vəsait qazanıb.

İstanbul klubu "Vodafone Arena"nın apreldə açılmasından sonra üç oyunda bilet və ərzaq satışlarından 40 milyon TL (20 milyon manat) gəlir əldə edib. Bu haqda "Beşiktaş"ın rəsmisi Mətin Albayrak məlumat verib. Stadionun "Qartal Yuvası" mağazasından "Osmanlıspor"la qarşılaşmada 4 milyon TL (2 milyon manat) qazanılıb.

Mayın 19-da çempionluğu təmtəraqla qeyd edəcək "Beşiktaş"ın daha çox gəlir əldə edəcəyi gözlənilir.

 

Digər xəbərlər