"QARABAĞ"IN ÇEMPİONLAR LİQASINDA İLK OYUN GÜNÜ AÇIQLANDI

"QARABAĞ"IN ÇEMPİONLAR LİQASINDA İLK OYUN GÜNÜ AÇIQLANDI
Futbol
17 May 2016 - 14:50
2016/17 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək klubların ilk oyunlarının vaxtı məlum olub.

Supersport.Az-ın xəbərinə görə, Çempionlar Liqasında yarışacaq "Qarabağ" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. UEFA-nın saytının məlumatına görə, bu mərhələnin ilk oyunları iyulun  12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək.

Avropa Liqasında ölkəmizi bu mövsüm təmsil edəcək üç klubun ("Qəbələ", "Kəpəz", "Neftçi" və ya AZAL ) hamısı mübarizəyə birinci təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub.

Azərbaycan klublarının rəqiblərinin adına isə iyunun 20-də UEFA-da keçiriləcək püşkatmada aydınlıq gələcək.

Digər xəbərlər