TRİATLONÇUMUZ 45-Cİ LİSENZİYANI QAZANDI

TRİATLONÇUMUZ 45-Cİ LİSENZİYANI QAZANDI
Olimpiya, Digər
16 May 2016 - 19:23
Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Supersport.Az saytının məlumatına görə, yığmamızın aktivinə 45-ci vəsiqəni triatlonçu Rostislav Pevtsov yazdırıb.

Bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (ITU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına (ATF) təsdiq məktubu göndərilib. Belə ki, ITU reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.

Digər xəbərlər