"FƏNƏRBAĞÇA" FİNALDA UDUZDU, HAKİMİ GÜNAHLANDIRDI

"FƏNƏRBAĞÇA" FİNALDA UDUZDU, HAKİMİ GÜNAHLANDIRDI
Digər
16 May 2016 - 01:38
Supersport.Az-ın məlumatına görə, basketbol üzrə THY Avropa Liqasının Dördlər Finalının çempionluq oyunu keçirilib.

Almaniya paytaxtı Berlində Türkiyə təmsilçisi "Fənərbağça" Rusiyanın SSKA Moskva klubu ilə qarşılaşıb.

Türk klubu oyuna yaxşı başlamayıb, hətta 21 xalla geri düşüb. Daha sonra qarşılaşmada üstünlüyü ələ keçirən "Fənər" 4-cü periodun sonunda hesabı 83-83 edib. Oyunu uzatma dəqiqələrinə aparan türk klubu sonradan məğlub olub - 96-101.

"Fənərbağça" məğlubiyyətə görə sloveniyalı hakim Damir Yavoru günahlandırıb, sosial şəbəkədə "İvan Bebek"ə bənzədilib.

Türkiyə klubu Avropa turnirində ikinci yeri tutub.

Digər xəbərlər