AVROPA ÇEMPİONATINDA YARIMFİNALÇILAR MÜƏYYƏNLƏŞDİ

AVROPA ÇEMPİONATINDA YARIMFİNALÇILAR MÜƏYYƏNLƏŞDİ
Futbol
15 May 2016 - 23:50
17 yaşadək futbolçulardan ibarət komandaların Bakıda keçirilən Avropa çempionatında 1/4 finala iki oyunla yekun vurulub.

Supersport.Az-ın məlumatına görə, günün ilk qarşılaşmasında İspaniya İngiltərəni məğlub edib. Bununla da prineylilər yarımfinala vəsiqə qazanıb.

İspaniya millisi yarımfinalda rəqibi İsveçə qalib gələn Niderland olub.

Digər yarımfinalda Portuqaliya Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında yarımfinal oyunları mayın 18-də keçiriləcək.

15 may

Avropa çempionatı, yarımfinal oyunları

İsveç - Niderland - 0:1


Qol: Çonq, 62

Baş hakim: Ville Nevalaynen (Finlandiya)

Hakimin köməkçiləri: Emmet Dinan (İrlandiya), Edvard Spiteri (Malta)

Dördüncü hakim: Bartoş Frankovski (Polşa)

8-ci km qəsəbə stadionu

İspaniya – İngiltərə - 1:0


Qol: Qarsia, 11

Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)

Hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Levan Varamişvili (Gürcüstan)

Dördüncü hakim: Mitya Zqaneç (Sloveniya)

8-ci km qəsəbə stadionu

Digər xəbərlər