CEYHUN MƏMMƏDOV YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ

CEYHUN MƏMMƏDOV YÜKSƏK VƏZİFƏYƏ SEÇİLDİ
Digər
15 May 2016 - 23:17
Supersport.Az-ın məlumatına görə, Rusiyanın Kazan şəhərində Avropa Sambo Federasiyasının (ESF) Hesabat-Seçki Konqresi keçirilib. İclasda Sergey Yeliseyev yekdilliklə növbəti 4 il müddətinə ESF-in prezidenti seçilib.

Azərbaycan Sambo Federasiyasının prezidenti, 7 qat dünya çempionu Ceyhun Məmmədov qitə qurumunun vitse-prezidenti seçilib. Digər vitse-prezidentlər bolqarıstanlı Rumen Stoylovla yunanıstanlı Merabi İliadis, baş katib isə italiyalı Roberto Ferrarisdir. C.Məmmədov 13 nəfərlik İcraiyyə Komitəsinin üzvlüyünə də seçilib.

Sergey Yeliseyev çıxışında "Bakı 2015" I Avropa Oyunlarının proqramında sambonun da yer almasını böyük uğur və sıçrayış kimi dəyərləndirib. O, sambonun Avropa Oyunlarında layiqincə təmsil olunduğunu vurğulayıb: "Oyunlarda bizim də iştirakımız sambonun yeni - Olimpiya səviyyəsinə nəinki cəhd etməsinin, hətta real olaraq daxil olmasının indikatorudur".

Toplantıda, həmçinin Avstriya Sambo Federasiyası ESF üzvlüyünə qəbul olunub.

Digər xəbərlər