QURBAN QURBANOV NARAZI QALDI

QURBAN QURBANOV NARAZI QALDI
Futbol
15 May 2016 - 22:33
Azərbaycan Premyer Liqasının 35-ci turunda "Qarabağ" səfərdə "Rəvan"a uduzub.

Supersport.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov məğlubiyyətin səbəblərini açıqlayıb.

"Məğlub olmaq istəmirdik. Bəzi futbolçuların rəqibə ciddi yanaşmaması, yekunda ölkə çempionatında qələbə seriyamızın qırılması ilə nəticələndi.  Bu gün 2-ci heyətə şans vermişdim. Onlarda təcrübə çatmadı. Ümümiyyətlə, oyundan və nəticədən razı qalmadım" - deyə, mütəxəssis bildirib.

 

Digər xəbərlər