ALMAN KLUBUNUN PREZİDENTİ İSTEFA VERDİ

ALMAN KLUBUNUN PREZİDENTİ İSTEFA VERDİ
Futbol
15 May 2016 - 22:25
Supersport.Az-ın məlumatına görə, 122 illik tarixi olan klub Bundesliqanı tərk etmək məcburiyyətində qalıb.

Bu səbəbdən "Ştutqart"ın prezidenti Bernd Vahler vəzifəsindən ayrıldığını bəyan edib.

Klubun rəsmi saytında uğursuzluq "qara gün" kimi dəyərləndirilib.

"Bundesliqanı tərk etmək ağılagəlməzdir. Bunun məsuliyyətini mən daşıyıram və "Ştutqart"ın prezidentliyindən ayrılıram" - deyə, 57 yaşlı Vahler bildirib.

Klubda çalışanların hər birinə və azarkeşlərə təşəkkür edən Vahler, komandaya uğurlar arzulayıb.

Bu arada "Ştutqart"ın baş məşqçisi Yurgen Kramninin müqaviləsi başa çatıb. Mütəxəssisin gələcək taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Digər xəbərlər