"BEŞİKTAŞ" 14-CÜ DƏFƏ ÇEMPİON!

"BEŞİKTAŞ" 14-CÜ DƏFƏ ÇEMPİON!
Futbol
15 May 2016 - 22:01
Supersport.Az-ın məlumatına görə, bu gün Türkiyə Superliqasının 33-cü turunda lider "Beşiktaş" doğma divarlar arasında Avrokuboka vəsiqə qazanmağı hədəfləyən "Osmanlıspor"a qalib gəlib.

İstanbul klubu yarışın başa çatmasına bir tur qalmış tarixində 14-cü dəfə çempion olub.

FİFA referisi Cüneyt Çakırın idarə etdiyi oyunda "Beşiktaş" 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, "Beşiktaş" 79 xalla birincidir.

 

Digər xəbərlər