RAMİL ŞEYDAYEVDƏN NÖVBƏTİ HET-TRİK

RAMİL ŞEYDAYEVDƏN NÖVBƏTİ HET-TRİK
Futbol
15 May 2016 - 20:24
Azərbaycanlı futbolçu Ramil Şeydayev yenə het-trik edib.

Supersport.Az-ın məlumatına görə, "Zenit-2"də oynayan hücumçu Rusiya çempionatının birinci divizionunda bu dəfə "Baykal"la ev oyununda fərqlənib. O, komandasının 37-ci turda 4:3 hesabı ilə qalib gəldiyi matçda 3 qoldan 1-ni penaltidən vurub.

Xatırladaq ki, 20 yaşlı Şeydayev 35-ci turda "Spartak-2"lə matçda etdiyi het-triklə "Zenit-2"yə qələbə qazandırıb.

Digər xəbərlər