AZƏRBAYCANLI FUTBOLÇU ALMANİYANI YARIMFİNALA ÇIXARDI - VİDEO

AZƏRBAYCANLI FUTBOLÇU ALMANİYANI YARIMFİNALA ÇIXARDI - VİDEO
Futbol
14 May 2016 - 23:32
Bakıda 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın oyunlarına start verilib.

Supersport.Az-ın  məlumatına görə, 1/4 final mərhələsi çərçivəsində bu gün iki oyun keçirilib.

İlk qarşılaşma Portuqaliya ilə Avstriya arasında olub. Millimizin yer aldığı "A" qrupundan lider kimi çıxan portuqallar avstriyalıları da Azərbaycan yığmasının gününə salıblar: 5:0. Nəticədə, Portuqaliya yığması Bakıdakı AÇ-nin ilk yarımfinalçısı olub.

Digər 1/4 final qarşılaşmasında isə Almaniya və Belçika yığmaları qarşılaşıb. Azərbaycan əsilli futbolçu Renat Dadaşovun vurduğu yeganə qol almanları növbəti mərhələyə çıxarıb.

14 may

Portuqaliya - Avstriya - 5:0 (2:0)


Qollar: J.Qomes, 7-pen. (1:0). J.Qomes, 18 (2:0). J.Qomes, 47 (3:0). M.Dju, 51 (4:0). M.Luis, 77 (5:0).

Baş hakim: Fran Yoviç (Xorvatiya).

Bakı. "Dalğa Arena".

Almaniya - Belçika - 1:0 (0:0)


Qol: R.Dadaşov, 46 (1:0).

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Bakı. "Dalğa Arena".

Germany U17 1-0 Belgium U17 HD All Goals & Full... by fantasticfootball

Digər xəbərlər