LEVANDOVSKİ ALMANİYADA QOL KRALI OLDU

LEVANDOVSKİ ALMANİYADA QOL KRALI OLDU
Futbol
14 May 2016 - 21:40
Supersport.Az-ın məlumatına görə, "Bayern" Münxen klubunun əsas silahı Robert Levandovski bu mövsüm Bundesliqada ən məhsuldar futbolçu olub.

Polşalı futbolçu 30 qol vurub. Levandovskini 25 qolla "Borussiya" Dortmund klubunun hücumçusu Pyerr-Emerik Aubameyanq və 20 qolla "Bayern"dəki komanda yoldaşı Tomas Müller izləyib.

Levandovski 30 qolla 2011-2012-ci il sezonunda 29 dəfə qapılara yol tapan "Şalke 04"lü niderlandlı futbolçu Klaas-Yan Huntelaarı geçərək Bundesliqada bir mövsümdə ən çox qol vuran əcnəbi futbolçu olub.

2013-2014 sezonunda "Borussiya" formasıyla 20 qola imza ataraq qol kralı olan Leva, Bundesliqada 39 il sonra 30 qola çatan ilk oyunçu olub. Ən son 1976-1977 mövsümündə "Köln"də forma geyən Diter Müller 34 qol vurub.

Bundesliqa tarixində bir mövsümdə ən çox qol vuran futbolçu "Bayern"in əfsanəvi  oyunçusu Gerd Müllerdir: 1971-1972-ci il sezonu, 40 qol.

Digər xəbərlər