ARDA TURANA 1 MİLYON AVRO

ARDA TURANA 1 MİLYON AVRO
Futbol
14 May 2016 - 15:19
Supersport.Az-ın məlumatına görə, bu gün İspaniya çempionatının son turunda "Barselona" səfərdə iddiasız "Qranada" ilə qarşılaşacaq. Barselona klubu qələbə qazanıb çempion olmaq istəyindədir.

"Barselona" 88 xalla liderdir. Sonrakı iki yeri "Real Madrid" (87 xal) və "Atletiko" (85 xal) tutur.

"Barselona" çempion olsa, Arda Turan 1 milyon avro mükafat qazanacaq.

18-likdən kənarda olan futbolçuların hər birinə 300 min avro veriləcək.

"Barselona" yenidən çempionluğu qazansa, terror ehtimalı ilə əlaqədar bu uğuru xüsusi qeyd etməyəcək. Buna görə də şəhər turu ləğv olunub.

Digər xəbərlər