"FORMULA-1": MANEƏLƏRİN QURAŞDIRILMASI DAVAM EDİR

"FORMULA-1": MANEƏLƏRİN QURAŞDIRILMASI DAVAM EDİR
Digər, Formula-1
13 May 2016 - 19:34
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BHŞ) iyunun 17-19-da keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. BHŞ-dən Supersport.Az saytına verilən məlumata görə, hazırda marşrutun keçəcəyi küçələrdə təhlükəsizlik maneələrinin quraşdırılması işləri icra olunur. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.

Digər xəbərlər