"AVRO-2016"NIN RƏSMİ MAHNISI - VİDEO

"AVRO-2016"NIN RƏSMİ MAHNISI - VİDEO
Video
13 May 2016 - 19:26
Gələn ay futbol üzrə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinin rəsmi mahnısı ictimaiyyətə təqdim olunub.

Supersport.Az xəbər verir ki, mahnı məşhur müğənni David Quetta tərəfindən ərsəyə gətirilib.

İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnı "This One’s For You" ("Bu, sizin üçündür") adlanır. Quetta və Larsson mahnını turnirin açılış və bağlanış mərasimlərində səsləndirəcək. Eyni zamanda cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, iyunun 10-da startı veriləcək Avropa çempionatının final mərhələsi iyulun 10-da başa çatacaq.


 

 

 

 

 

 

 

Digər xəbərlər