MƏŞQÇİLƏR MİLLİNİN ÇIXIŞINA QİYMƏT VERDİ

MƏŞQÇİLƏR MİLLİNİN ÇIXIŞINA QİYMƏT VERDİ
Futbol
13 May 2016 - 19:04
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippertin də iştirak etdiyi görüşdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirindəki çıxışı müzakirə olunub. Görüş iştirakçıları yığmanın qarşısına qoyulan məqsədin əldə olunmamasına baxmayaraq, qrup mərhələsinin son iki oyununda qazanılmış nəticənin qənaətbəxş olduğunu bildiriblər.


Qeyd edək ki, yığmamız Avropa çempionatında qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vurub.

Digər xəbərlər