İSLAM HƏMRƏYLİYİ OYUNLARININ YENİ LOQOSU TƏQDİM EDİLDİ

İSLAM HƏMRƏYLİYİ OYUNLARININ YENİ LOQOSU TƏQDİM EDİLDİ
Digər
12 May 2016 - 20:45




Bakıda 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının  loqosu və brendi təqdim olunub. Supersport.Az-ın  məlumatına görə, loqo özündə İslam dövlətlərinin tarixi, irsi və mədəniyyətini birləşdirir.

Brenddə İslam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olunub. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.



Digər xəbərlər