AFFA PREZİDENTİ VƏ NAZİRDƏN YIĞMAMIZA TƏBRİK

AFFA PREZİDENTİ VƏ NAZİRDƏN YIĞMAMIZA TƏBRİK
Futbol
12 May 2016 - 15:09
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Azad Rəhimov paltardəyişmə otağında yığmamızın üzvləri ilə görüşüb.

R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.

Digər xəbərlər