ROBERT PROSİNEÇKİ: "BUNUN SƏBƏBLƏRİNİ BİLMİRƏM"

ROBERT PROSİNEÇKİ: "BUNUN SƏBƏBLƏRİNİ BİLMİRƏM"
Futbol, Eksklüziv
12 May 2016 - 10:50
"QARABAĞ" ÇEMPİONLAR LİQASININ QRUPUNA DÜŞƏ BİLƏR"

Supersport.Az-a açıqlamasında futbol üzrə milli komandanın baş məşqçisi Robert Prosineçki belə deyib.

"Əlincə Arena"da "Qarabağ" - "Qəbələ" oyununu canlı izləyən xorvat mütəxəssis, Qəbələ klubunun zəif oynadığını bildirib:

"Qarabağ"ın səviyyəli, keyfiyyətli oyun göstərdiyini yaxşı bilirik. Bu oyunda da bir daha bunu sübut etdi. "Qəbələ"dən daha çox yaxşı oyun gözləyirdim. Çünki güclü rəqibə qarşı oynayırdı. Təəssüf ki, "Qəbələ" zəif təsir bağışladı".

Milli çempionatın səviyyəsinin aşağı düşdüyü qənaətində olan Prosineçki, bu haqda danışıb:

"Bunun səbəblərini bilmirəm və konkret təklifim yoxdur. Onu bildirim ki, ötən mövsüm "Neftçi", "Qəbələ", "İnter" güclü idi. İndi "Qarabağ"la "Neftçi" yaxşı oyun nümayiş etdirir".

Məşqçi hesab edir ki, komandaların sayı artırılsa, keyfiyyət artmayacaq:

"Yalnız komandaların sayının artması keyfiyyəti artmayacaq. Xorvatiya, Avstriya, Azərbaycan kimi kiçik ölkələrdə yüksək liqada 10 klub mübarizə aparır və bununla keyfiyyət əldə etmək mümkündür".

Mütəxəssis deyib ki, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşə bilər:

"Qarabağ" ötən mövsüm göstərdi ki, güclü klublarla oynaya bilir. Bu komandanın heyətini bir neçə futbolçu ilə gücləndirib Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazancağına ümid edirəm".

Millimizin baş məşqçisi 17 yaşlırlardan ibarət yığmamızın Avropa çempionatının final mərhələsində çıxışına toxunub:

"Ümumi turniri nəzərə alaraq, deyim ki, ilk oyunda azarkeşlər çox və Portuqaliya güclü rəqib olduğundan bu komandada həyəcan, böyük təzyiq yaratdı. Ancaq sonradan Azərbaycan Belçika ilə əzmkar oyun göstərərək, heç-heçəyə nail oldu, Şotlandiyanı isə məğlub etdi. Ümumilikdə, yığmamızın çıxışını yaxşı qiymətləndirirəm".

Digər xəbərlər