"KƏPƏZ"İ AVROLİQANIN QRUP MƏRHƏLƏSİNDƏ GÖRMƏK İSTƏYİRƏM"

"KƏPƏZ"İ AVROLİQANIN QRUP MƏRHƏLƏSİNDƏ GÖRMƏK İSTƏYİRƏM"
Futbol
12 May 2016 - 01:40
"Neftçi” PFK-nın baş məşqçisi Vəli Qasımov "Kəpəz” üzərində qələbədən (2:1) sonra fikirlərini bildirib.

"Rəqib komandanı avrokuboklara vəsiqə qazanması münasibətlə təbrik edirəm. Mən özüm Gəncə şəhərindənəm, arzu edirəm ki, "Kəpəz" klubu Avropa Liqasının qrup mərhələsində oynasın. Qarşılaşmaya gəlincə, ilk hissədə oyunumuz alınmadı, amma fasilədən sonra yaxşı oynadıq və qələbə qazandıq. Çalışacağıq ki, növbəti oyunlarda da azarkeşlərimizi sevindirək. Yeri gəlmişkən, azarkeşlərimiz uzun yol gəlmişdilər, dəstək olduqlarına görə onlara təşəkkür edirəm".

Digər xəbərlər