UEFA-DAN AVROPA ÇEMPİONUNA 27 MİLYON AVRO

UEFA-DAN AVROPA ÇEMPİONUNA 27 MİLYON AVRO
Futbol
10 May 2016 - 22:55
Supersport.Az-ın məlumatına görə, UEFA Fransada keçiriləcək Avropa çempionatının mükafat fondunu açıqlayıb.

Bütün oyunlarda qələbə qazanan milli komandaya ödəniləcək vəsait, 2012-ci ildəki çempionla müqayisədə 3,5 milyon avro artmaqla 27 milyon olacaq.

UEFA, qitə yarışında mübarizə aparacaq 24 ölkənin futbol federasiyasının hər birinə 8 milyon verəcək. Qrup oyunlarında hər qələbə 1 milyon, bərabərlik 500 min avro qazandıracaq.

Qrupdan çıxan komandalara 1,5 milyon, dörddəbir finalçılara 2,5 milyon, yarımfinalın iştirakçılarına 4 milyon, finalçılçılara 8 milyon veriləcək.

Digər xəbərlər