HAKİMLƏR VƏ MƏŞQÇİLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB

HAKİMLƏR VƏ MƏŞQÇİLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB
Digər, Cüdo
10 May 2016 - 20:37
Bu gün Bakıda hakimlər və məşqçilər üçün seminar keçirilib. Seminarı Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin direktoru Bern Ahilles və komitə üzvü, yarışların komissarı Paskal Tonino Churlia keçiriblər.

Supersport.Az xəbər verir ki, Beynəlxalq seminarda müxtəlif yarışlarda mübahisəli vəziyyətlər, qayda dəyişikliklərindən əvvəl və sonrakı texnikanın və yarış nəticələrinin statistik müqayisələri, neqativ-pozitiv cüdo, hücum-müdafiə və s. texniki-taktiki aspektlər geniş müzakirə olunub. Müvafiq videomateriallar üzərində fikir mübadiləsi aparılıb. 100-ə yaxın iştirakçının olduğu seminarda hakim və məşqçilərimizin fəallıq göstərərək əksər suallara doğru cavab verməsi və vəziyyətlərə aid maraqlı suallar vermələri seminar rəhbərlərini razı salıb. Təmsilçilərimizin bu fəallığı müsbət hal kimi qiymətləndirilib.


Sonda seminar iştirakçıları alqışlarıyla əcnəbi mütəxəssislərə təşəkkürlərini bildiriblər.

Digər xəbərlər