"NAXÇIVAN-2016" BEYNƏLXALQ FESTİVALA START VERİLİB

"NAXÇIVAN-2016" BEYNƏLXALQ FESTİVALA START VERİLİB
Şahmat, Digər
10 May 2016 - 20:16
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına start verilib.

Supersport.Az xəbər verir ki, tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının baş hakimi Faiq Həsənov ölkəmizdə, o cümlədən Naxçıvanda şahmatın inkişafı və kütləviliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.

Qeyd edilib ki, muxtar respublikada şahmat infrastrukturunun müasirləşdirilməsi, şahmatçıların fəaliyyətinin dəstəklənməsi peşəkar idmançılar nəslinin yetişməsinə səbəb olub. Artıq naxçıvanlı şahmatçılar ölkəmizdə və dünyada keçirilən yarışlarda uğurla çıxış edirlər. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda FİDE ustası, qrossmeyster, beynəlxalq hakim və beynəlxalq usta dərəcələri alan şahmatçılar yetişib. Faiq Həsənov muxtar respublikada şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Digər xəbərlər