AFFA "QƏBƏLƏ" VƏ "NEFTÇİ"Nİ CƏRİMƏLƏDİ

AFFA "QƏBƏLƏ" VƏ "NEFTÇİ"Nİ CƏRİMƏLƏDİ
Futbol
10 May 2016 - 18:01
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Supersport.Az-ın məlumatına görə, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsi və  Topaz Premyer Liqanın 33-cü turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klublar  1000 manat cərimə olunub.

Oyunun 113 - cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Çempionatda XXXIII turunun “Zirə” – “Qəbələ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Digər xəbərlər