FİNAL BAKI OLİMPİYA STADİONUNDA OLMAYACAQ

FİNAL BAKI OLİMPİYA STADİONUNDA OLMAYACAQ
Futbol
10 May 2016 - 17:51
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın yarımfinal və final oyunlarının məkanı dəyişdirilib.

Supersport.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın tövsiyəsinə əsasən yarımfinal oyunları “Dalğa Arena”da, final qarşılaşması isə 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Yarımfinal və final matçlarının məkanının dəyişdirilməsi azarkeş tutumu ilə bağlı olub. Qitə futbol qurumu bu cür turnirlərin həlledici görüşlərində ajiotaj yaranması istədiyi üçün son qarşılaşmaların daha az tutumlu stadionlarda keçirilməsini qərara alıb.

Qeyd edək ki, yarımfinal matçları mayın 18-də, final oyunu mayın 21-də baş tutacaq.

Digər xəbərlər