KARATE YIĞMAMIZ AVROPA ÇEMPİONATINDA 3-CÜ OLDU

KARATE YIĞMAMIZ AVROPA ÇEMPİONATINDA 3-CÜ OLDU
Karate, Digər
09 May 2016 - 13:21
Azərbaycan karateçiləri Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatını 3-cü yerdə başa vurublar. Supersport.Az xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan milli komandamız mükafatlara sahib ola bilən 21 ölkə arasında yerli fransızlar və ikinci yerdəki ispanlardan başqa Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayıb.

4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca  Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub.

Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir. (Federasiyanın mətbuat xidməti)

KARATE2                  KARATE3

Digər xəbərlər