U-17 "AVRO-2016": İSVEÇ, FRANSA, İTALİYA UDUZDU

U-17 "AVRO-2016": İSVEÇ, FRANSA, İTALİYA UDUZDU
Futbol
09 May 2016 - 21:52
17 yaşadək futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində qrup oyunları davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gün C və D qrupunda II turun oyunları keçirilib.

Günün ilk qarşılaşmasında Danimarka İsveçi minimal hesabla məğlub edib.

C qrupunun digər görüşündə Fransa İngiltərəyə 0:2 hesablı uduzub.

D qrupunda İtaliya Niderlandla bacarmayıb: 0-1.

İspaniya - Serbiya oyunu qollu bərabərliklə başa çatıb.

9 may

Avropa çempionatı, II tur

C qrupu

14:00. Danimarka – İsveç 1-0
Bakı Olimpiya Stadionu

20:00. Fransa – İngiltərə 0-2
“Qarabağ” stadionu

D qrupu

16:00. İtaliya – Niderland 0-1

“Qarabağ” stadionu

17:00. Serbiya – İspaniya 1-1


Bakı Olimpiya Stadionu

Qeyd edək ki, qrup mərhələsində son turun oyunları 11-12 may tarixində keçiriləcək.

 

Digər xəbərlər