"TRAKTOR SAZİ" AZARKEŞLƏRİNDƏN QARABAĞ ŞÜARI - VİDEO

"TRAKTOR SAZİ" AZARKEŞLƏRİNDƏN QARABAĞ ŞÜARI - VİDEO
Video
09 May 2016 - 13:03
Təbrizin "Traktor Sazi" klubunun azarkeşləri növbəti dəfə Azərbaycana dəstək nümayiş etdiriblər.

Supersport.Az-ın məlumatına görə, onlar bu dəfə İran çempionatında Tehran təmsilçisi "İstiqlal"la görüşdə Azərbaycan və Qarabağla bağlı şüarlar səsləndiriblər.

Tehranda keçirilən oyun "Traktor Sazi"nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təbriz komandası bu qələbə ilə ən prinsipial rəqibi "İstiqlal"ın çempionluq şansını minimuma endirib. Oyun zamanı və matçdan  sonra "Traktor Sazi" klubunun azarkeşləri "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndiriblər.

Qeyd edək ki, “Traktor Sazi”  hazırda 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər xəbərlər