"SELTİK"DƏN 47-Cİ ÇEMPİONLUQ

"SELTİK"DƏN 47-Cİ ÇEMPİONLUQ
Futbol
09 May 2016 - 12:16
Supersport.Az-ın məlumatına görə, Şotlandiya çempionatının başa çatmasına iki tur qalmış Premyerşipin qalibi məlum olub.

Turnir cədvəlində ən yaxın izləyicisi "Aberdin"i 3:2 hesabı ilə məğlub edən "Seltik" 83 xalla mövsüm yekunlaşmadan birinci yeri tutub. "Aberdin" 71 xalla ikincidir.

Maddi böhran olduğundan "Qlazqo Reyncers"in aşağı liqaya düşməsindən sonra "Seltik" zirvəni heç br kluba vermirdi. 128 illik tarixə malik bu komanda ardıcıl 5-ci, ümumilikdə isə 47-ci çempionluğunu qazanıb.

Şotlandiya futbol tarixində ən çox çempionluq "Qlazqo Reyncers"ə məxsusdur: 54 dəfə.

Bu komandanın 4 il sonra Premyerşipə yüksəlməsiylə yeni mövsüm "Reyncers"lə "Seltik" arasında güclü çempionluq mübarizəsi olacağı gözlənilir.

Digər xəbərlər