MİLLİMİZİN ÜZVÜ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ - VİDEO

MİLLİMİZİN ÜZVÜ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ - VİDEO
Futbol, Video
09 May 2016 - 11:44
Supersport.Az Bakıda 17 yaşlılardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında maraqlı məqamı videogörüntüyə alıb.

Azərbaycanın Belçika ilə qollu bərabərliklə başa çatdığı oyunundan sonra millimizin üzvü Murad Mahmudov göz yaşlarına hakim ola bilməyib. Forvard, qarşılaşmanın son dəqiqələrində rəqib qolkiperlə təkbətək mübarizədə qələbə qolunu vurmaq fürsətini qaçırıb.

Almaniyanın "RB Leipzig" klubunda çıxış edən Muradı baş məşqçi Təbriz Həsənov, komanda yoldaşları sakitləşdirə bilməyib.

Xatırladaq ki, Belçika ilə qarşılaşmada Azərbaycanın qolunu Murad Mahmudov vurub.

Digər xəbərlər