"ATLETİKO"NUN ÇEMPİONLUQ ÜMİDİ QALMADI

"ATLETİKO"NUN ÇEMPİONLUQ ÜMİDİ QALMADI
Futbol
09 May 2016 - 02:18
Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının yekunlaşmasına bir tur qalmış "Atletiko" klubu çempionluq fürsətini qaçırıb.

La Liqanın 37-ci turunda "Esanyol"a" 5-0-lıq dərs keçən "Barselona" 88 xalla liderliyini qoruyub.

Qolları Lionel Messi (8), Luis Suares (52, 61), Rafinya (74) və Neymar (83) vurub. "Barselona"da ehtiyatda qalan Arda Turan, 73-cü dəqiqədə Andres İnyestanın əvəzinə meydana daxil olub.

"Real Madrid" "Valensiya"ya 3:2 hesabı ilə qalib gələrək 87 xalla ikinci pilləyə yüksəlib. Madrid klubundan Kriştiano Ronaldo (26, 59) və zədədən yenicə dönən Kərim Benzema (42) fərqlənib. "Valensiya"nın qollarını isə Rodriqo (55) və Andre Qomes (81) vurub. "Real Madrid"də Qaret Beyl və qolkiper Keylor Navas zədəli olduğundan heyətdə yer almayıb.

Həftənin sürpriz nəticəsi "Levante"dən gəlib. La Liqanın sonuncusu olaraq aşağı liqaya düşən "Levante" "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib. Madrid klubu 2-ci dəqiqədə Fernando Torresin qoluyla hesabda irəli çıxıb. Ancaq 3o-cu dəqiqədə Kasadesus ilə bərabərliyi təmin edən "Levante", 90-cu dəqiqədə Rossinin qolu hesabına qalib gəlib. Beləliklə, "Atletiko"nun (85 xal) bu nəticədən sonra çempionluq ümidi qalmayıb.

La Liqanın son turunda "Qranada" - "Barselona", "Atletiko" Madrid - Selta", "Deportivo" -"Real Madrid" matçları keçiriləcək.

Digər xəbərlər