ÇEMPİON KUBOKUNA QOVUŞDU, MƏŞQÇİSİNƏ TAC QOYULDU - ŞƏKİLLƏR

ÇEMPİON KUBOKUNA QOVUŞDU, MƏŞQÇİSİNƏ TAC QOYULDU - ŞƏKİLLƏR
Futbol, Foto
08 May 2016 - 12:19
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının qalibi azarkeşləri önündə kubokuna qovuşub.

Yarışın 37-ci turunda "Everton"u 3 qolla məğlub etdikdən sonra "Lester Siti", 132 illik tarixində ilk dəfə çempionluq kubokunu alıb.

Qarşılaşmada dubl edən Ceym Vardi çempionatda qolların sayını 24-ə çatdırıb. Vardi, 1978-85-ci illərdə bu sayda fərqlənən Qari Linekerə çatıb.

Karyerasında 15 fərqli klubda çalışan və ilk dəfə çempionluq sevinci yaşayan baş məşqçi Klaudio Ranyeri və kapitan Ves Morqan kuboku başı üzərinə qaldırıb.

Ardından komanda üzvləri minlərlə azarkeş qarşısında uğuru qeyd edib.

lesterkubok

 

Lester4Lester3

Digər xəbərlər